ABŞ yaxın günlərdə İrana zərbə endirəcək, quru əməliyyatı isə...


ABŞ yaxın günlərdə İrana məhdud hərbi zərbələr endirə bilər, lakin quru əməliyyatı planlaşdırılmır.

Turkustan.az xəbər verir ki, bu barədə respublikaçı senator Ted Kruz CNBC telekanalına danışıb.

Senatorun sözlərinə görə, bu ssenarinin reallaşması ehtimalı kifayət qədər yüksəkdir.

“Düşünürəm ki, yaxın günlərdə, bəlkə də bir neçə gün ərzində məhdud zərbələrin şahidi ola bilərik”, - deyə o qeyd edib.

Kruz, eyni zamanda ABŞ hərbçilərinin iştirakı ilə quru əməliyyatının istisna olunduğunu vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton İran hakimiyyətinin hazırda zəif olduğunu hesab edir və xalqa öz hökumətlərini devirmək imkanı vermək niyyətindədir./publika.az


MANŞET XƏBƏRLƏRİ