BMT-nin Siyasi Məsələlər üzrə Baş Katibinin müavini Rozmari DiKarlo bildirib ki, Ukraynadakı müharibədə indiyə qədər 15 mindən çox mülki şəxs həlak olub, 41 mindən çox insan yaralanıb.
Turkustan.az xəbər verir ki, BMT-nin siyasi məsələlər üzrə baş katibinin müavini Rozmari DiKarlo Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü münasibətilə çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında baş katib Antonio Quterreşin adından çıxış edib.
DiKarlo bildirib ki, Rusiyanın Ukraynaya "tam işğalı"na başlamasından dörd il sonra belə, müharibə kollektiv vicdanda ləkə olaraq qalır.
DiKarlo bu proses zamanı baş verən insan itkilərinin də fəlakətli olduğunu bildirərək dedi: “Görünməmiş diplomatik səylərə baxmayaraq, keçən il 2022-ci ildən bəri Ukrayna mülki əhalisi üçün ən ölümcül il olub. İşğalın başlanğıcından bəri Ukraynada 15 mindən çox mülki şəxs həlak olub, 41 mindən çox insan yaralanıb”.
Aytən Yaşar/ Turkustan.az