Orucu mütləq vaxtında açıb və tutmaq lazımdırmı? - Elşad Miri


Oruc tutmağın qaydaları barədə müzakirələr davam edir.

Orucun konkret qaydaları olsa da, bəzi fərqli nüansları var.

Həmin bu nüanslar isə suallar yaradır.

Məsələn, mütləq sahura qalxmaq lazımdırmı?

Və ya orucu mütləq Azan veriləndə açmaq lazımdırmı?

Bu sualların cavabını ilahiyyatçı Elşad Miri Gununsesi.info-ya danışıb.

O bildirib ki, sahura qalxmaq faydalıdır:

“Bəzən sahura qalxa bilməyənlər və ya qalxmaq istəməyənlər olur. Bu, insanın öz seçimi, qərarıdır. Sadəcə, bütün günü ac və susuz qalmaq baxımından, sahura qalxmaq faydalıdır. Sahurda bir bərəkət, niyyət var. Qaldı orucu açmağa, mütləq Azan verilən an açmalısan deyə bir şey yoxdur. Bir qədər gec də açmaq olar və bu da seçimdən, bəzən həmin ana olan şəraitdən asılı məsələdir”.


MANŞET XƏBƏRLƏRİ