İsrail ordusu: Yüksək hazırlıq vəziyyətindəyik


ABŞ-ın İrana hərbi hücum edib-etməyəcəyi ilə bağlı müzakirələr davam edərkən, İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Effie Defrin videomüraciətində ABŞ-ın İrana mümkün hücumu ilə bağlı regional hadisələri yaxından izlədiklərini bildirib.

Defrin bildirib ki, "Biz yüksək hazırlıq vəziyyətindəyik. Gözlərimiz hər istiqamətdə açıqdır və əməliyyat reallığında baş verə biləcək hər hansı bir dəyişikliyə reaksiya vermək üçün barmaqlarımız əvvəlkindən daha çox tətiyi işə salıb".

Defrin əlavə edib ki, İsrail Ordusu Cəbhə Komandanlığının ictimaiyyətə verdiyi təhlükəsizlik direktivlərində heç bir dəyişiklik olmayıb və vətəndaşlardan yalnız ordunun rəsmi açıqlamalarına etibar etmələrini istəyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ