ABŞ prezidenti Donald Tramp bütün ölkələrə 10 faiz qlobal rüsum tətbiq etmək qərarını imzaladığını açıqladı.
Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Tramp məsələ ilə bağlı özünün Truth Social hesabında açıqlama verib.
Tramp paylaşımında "bütün ölkələrə qarşı qlobal 10 faizlik tarif imzaladığım üçün şərəf duyuram" deyə qeyd edib və əlavə edib ki, bu tariflər demək olar ki, dərhal qüvvəyə minəcək.
Ağ Evin açıqlamasında Trampın müvəqqəti idxal tarifinin tətbiqi ilə bağlı qərar imzaladığı təsdiqlənib.
Bəyanatda Trampın 1974-cü il Ticarət Qanununun 122-ci maddəsi ilə ona verilən səlahiyyətdən istifadə etdiyi bildirilir və bu maddənin prezidentə əlavə tariflər və digər xüsusi idxal məhdudiyyətləri vasitəsilə müəyyən əsas beynəlxalq ödəniş məsələlərini həll etmək səlahiyyəti verdiyi vurğulanır.
Aytən Yaşar/ Turkustan.az