Braziliya prezidenti Luis İnasio Lula da Silva ABŞ hərbi müdaxiləsi nəticəsində saxlanılan Venesuela prezidenti Nikolas Maduronun öz ölkəsində mühakimə olunmalı olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Hindistana rəsmi səfəri zamanı India Today TV-yə danışan Lula da Silva bildirib ki, Maduronun mühakimə olunmasının xarici ölkədə deyil, öz ölkəsində daha məqsədəuyğun olardı.
Lula da Silva, milli suverenliyə və öz müqəddəratını təyin etməyə verdiyi əhəmiyyəti vurğulayaraq, "Əgər Nikolas Maduroya qarşı məhkəmə prosesi keçiriləcəksə, inanıram ki, bu, Venesuelada baş tutmalıdır" dedi.
Lula da Silva ABŞ prezidenti Donald Trampa yazılı təklif təqdim etməyi planlaşdırdığını və ABŞ-da yaşayan və cinayət törətməkdə ittiham olunan Braziliya vətəndaşlarının öz ölkələrində mühakimə olunmalı olduğunu iddia etdiyini bildirib.
Lula da Silva gələn ay Vaşinqtonda Trampla görüşəcəyini xatırladaraq bildirib ki, görüşdə mütəşəkkil cinayətkarlıq, narkotik qaçaqmalçılığı və nadir torpaq elementləri məsələləri müzakirə olunacaq.
Aytən Yaşar/ Turkustan.az