ABŞ İordaniyadakı Müvəffəq Salti Hava Bazasına 60-dan çox hərbi təyyarə yerləşdirib.
Turkustan.az xəbər verir ki, məlumatı The New York Times (NYT) qəzeti peyk görüntüləri və uçuş məlumatlarına əsasən yayıb. Bildirilir ki, b, adətən orada yerləşən təyyarələrin sayından təxminən üç dəfə çoxdur.
Qəzet qeyd edir ki, təyyarələr həmçinin anqarlarda saxlanıla bilər. NYT-nin məlumatına görə, bazar günündən bəri bazaya ən azı 68 nəqliyyat təyyarəsi eniş edib. Bazada müşahidə edilən avadanlıqlar arasında beşinci nəsil F-35 qırıcı təyyarələri, dronlar və helikopterlər də var.
The New York Times qəzetinin məlumatına görə, bu hərbi quruculuq ABŞ-ın Müvəffəq Salti Hava Bazasını "İrana qarşı mümkün hücumların planlaşdırılması üçün əsas mərkəz" hesab etdiyini göstərə bilər.
Daha əvvəl İordaniya Baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfadi ölkəsinin İrana qarşı hərbi əməliyyatlar üçün platformaya çevrilməyəcəyini bildirmişdi. /Musavat.com/