ABŞ prezidenti Donald Tramp Qəzza Sülh Komitəsinin ilk iclasında çıxış edib.
Turkustan.az xəbər verir ki,Tramp İrana toxunaraq deyib: "İranla mənalı bir razılaşma əldə etməliyik. Növbəti 10 gün ərzində razılığa gələ biləcəyimizi, yoxsa İranla bağlı daha da irəli getməli olduğumuzu görəcəyik".
ABŞ prezidenti İran məsələsində bir addım daha irəli getməli olduqlarını bildirsə də, "Onların nüvə silahı ola bilməz" dedi.
Tramp həmçinin bildirib ki, "İran razılaşma əldə etməlidir, əks halda pis şeylər baş verəcək".
Çıxışına Qəzza ilə bağlı açıqlamalarla başlayan Tramp bildirib ki, "Səkkiz müharibəyə son qoyduq və düşünürəm ki, doqquzuncu müharibə yaxınlaşır".
ABŞ prezidenti Qəzzadakı müharibənin başa çatdığını bildirib və ABŞ-ın Sülh Fonduna 10 milyon dollar ianə edəcəyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az