ABŞ prezidenti Donald Trampın İranla bağlı prosesin növbəti addımlarını müzakirə etmək üçün yüksək vəzifəli müşavirləri ilə görüşüb.
Turkustan.az xəbər verir ki, “Axios”un iki ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, İranla bağlı hadisələri müzakirə etmək üçün Ağ Evdə keçirilən görüşdə Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff, onun kürəkəni və qeyri-rəsmi müşaviri Cared Kuşner, dövlət katibi Marko Rubio və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
Görüşdə Trampa bu həftə İsveçrənin Cenevrə şəhərində İran rəsmiləri ilə keçirilən nüvə danışıqları barədə məlumat verilib və izləniləcək yol xəritəsi müzakirə edilib.
Tramp həmçinin Rusiya-Ukrayna danışıqları və bu gün keçirilməsi planlaşdırılan Qəzza Sülh Komitəsinin iclası barədə məlumatlandırılıb.
Rəsmilər, yanvar ayında Venesueladakı əməliyyatdan fərqli olaraq, ABŞ-ın İrana qarşı potensial hərbi əməliyyatının həftələrlə davam edəcək "genişmiqyaslı müharibəyə" çevrilə biləcəyini qiymətləndiriblər.
CNN ABŞ ordusunun bu həftə sonu İrana hücum etməyə hazır olduğunu, lakin prezident Donald Trampın hələ yekun qərar vermədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az