ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu arasında Ağ Evdə görüş başlayıb.
Turkustan.az xəbər verir ki, görüşdə ABŞ və İran arasında davam edən danışıqların müzakirəsi gözlənilir.
İsrail tərəfi danışıqlara İranın ballistik raket imkanlarının da daxil edilməsini tələb edir. Lakin İran ballistik raket proqramının danışıqlara açıq olmadığını bildirib.
Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşən İsrailin Baş naziri Binyamin Netanyahu rəsmi olaraq İsrailin "Qəzza Sülh Komitəsi"nə üzvlüyünü təsdiqləyib.
ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edən İsrail Baş naziri Netanyahu, Ağ Evin yanındakı Bleyr Evdə ABŞ Dövlət Katibi Rubio ilə görüşüb.
İsrail hökumətinin sosial media hesablarındakı paylaşımlara görə, Netanyahu Rubio və onun nümayəndə heyəti ilə ikitərəfli münasibətləri və regional məsələləri müzakirə etmək üçün görüş keçirib.
Görüşdən sonra İsrailin Baş naziri Netanyahu ölkəsi adından Qəzza Sülh Komitəsinin üzvü olmaq üçün rəsmi olaraq imza atdı.
Aytən Yaşar/ Turkustan.az