Epşteynin dəhşətli planı! O, öz DNT-sindən istifadə edərək...


Cinsi istismar və insan alveri iddiaları ilə bütün dünyada qəzəbə səbəb olan milyarder maliyyəçi Ceffri Epşteynin bəşəriyyətin gələcəyi ilə bağlı son dərəcə mübahisəli və dəhşətli planları olduğu bildirilir.

Turkustan.az xəbər verir ki, ilk dəfə 2019-cu ildə "New York Times" qəzeti tərəfindən dərc edilən əhatəli bir hesabatda bildirilirdi ki, Epşteyn ətrafındakı bəzi elm adamlarına və biznes xadimlərinə insan irqini öz DNT-sindən istifadə edərək yenidən yaratmağı hədəflədiyini deyib.

Qəzetə danışan və Epsteini yaxşı tanıyan dörd ayrı mənbəyə görə, o, Nyu-Meksikodakı geniş rançosunda qadınları hamilə qoyaraq çoxsaylı uşaq sahibi olmağı və bununla da genetik irsini yaymağı planlaşdırırdı. Lakin mənbələr xüsusilə vurğulayırdılar ki, bu planın həyata keçirildiyinə dair heç bir konkret dəlil yoxdur.

Hesabatda bildirilirdi ki, Epşteynin ideyaları onun genetik və texnoloji vasitələrlə bəşəriyyətin "təkmilləşdirilməsini" müdafiə edən transhumanizm hərəkatına olan marağı ilə əlaqələndirilir. Transhumanizm bəziləri tərəfindən müasir "irqi təkmilləşdirmə" forması kimi tənqid olunsa da, Epşteynin bu ideyaları şəxsi obsessiyalarla qarışdırdığı qeyd olunur.

"New York Times" qəzetinin yazdığına görə, Epşteyn elmi ictimaiyyət daxilində güclü və nüfuzlu bir şəbəkə qurmağı bacarıb. O, dəbdəbəli Nyu-York malikanəsində maliyyələşdirdiyi məclislərə və görüşlərə fizika üzrə Nobel mükafatı laureatları, tanınmış bioloqlar və akademiklər də daxil olmaqla çoxsaylı görkəmli şəxsləri cəlb edib. Məqalədə Stiven Hokinq, Murrey Gell-Mann, Frank Vilçek, Stiven Cey Quld və Oliver Saks kimi dünyaca məşhur alimlərdən bəhs edilib.

Bəzi akademiklər etiraf edirlər ki, Epşteynin maliyyə dəstəyi onların keçmiş cinsi istismar iddialarının ciddiliyini azaltmasına səbəb olub. Digər tərəfdən, bəzi elm adamları Epşteynin iddialarını əvvəldən ciddiyə almadıqlarını bildiriblər. Harvard Universitetinin koqnitiv psixoloqu Stiven Pinker Epşteyni "intellektual şarlatan" adlandırıb, virtual reallıq sahəsində qabaqcıl olan Jaron Lanier isə bu fikirlərin elmi cəhətdən sınaqdan keçirilə bilmədiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ