Rusiya Asiyada ən böyük müttəfiqlərindən birini itirir


Vyetnam Rusiya üçün Asiyada ən böyük silah bazarlarından biridir. Ölkənin döyüş təyyarələri yalnız Sovet-Rusiya təyyarələrindən, o cümlədən Su-22, Su-27, Su-30 və Yak-130-dan ibarətdir.

Turkustan.az xəbər verir ki, bu barədə "Defense Express" məlumat yayıb.

"Hələ 2022-ci ildə Vyetnam Rusiyadan asılılıqdan çıxmaq üçün silah alışını diversifikasiya etmək niyyətində olduğunu açıqlamışdı. İndi Hanoy və Fransanın gələcək "Dassault Rafale" döyüş təyyarələrinin alınması ilə bağlı danışıqlarda irəliləyiş əldə etdiyi barədə məlumatlar ortaya çıxıb. Rusiya silahlarının alınmasından imtina ilə bağlı vəziyyət digər sahələrə də təsir edəcək.

Məsələn, Vyetnam əlavə T-90S tankları sifariş etmək əvəzinə İsrailin köməyi ilə köhnə T-54 və T-55 tanklarını modernləşdirməyə qərar verdi. Bundan əlavə, 2016-cı ildə ABŞ Vyetnama silah satışına qoyulmuş embarqonu ləğv edib.

O vaxtdan bəri vyetnamlılar amerikalılardan sahil mühafizə gəmiləri və təlim təyyarələri də daxil olmaqla təxminən 400 milyon dollar dəyərində silah sifariş ediblər",- məlumatda deyilib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ