Paykın uğursuz edamı ilə bağlı yeni iddia: Damarları yırtılıb


ABŞ-ın Tennessi ştatında ölüm hökmünə məhkum edilmiş Krista Paykın edam cəhdi zamanı damarının yırtılması ehtimalı ilə bağlı xəbərdarlıq edildiyi iddia olunur.

Turkustan.az xəbər verir ki, “The Guardian” qəzeti Paykın vəkilinə istinadən yazıb ki, məhbus iki doza ölümcül dərman verilməsinə baxmayaraq, edam edilməyib və hadisədən sonra fəsadlar davam edir.

Məlumata görə, edamı həyata keçirən komanda məhbusun bədənindəki damarlardan birinə zərər dəyməsindən şübhələnib. İddialara əsasən, iynə vurmaq üçün 10 cəhddən istifadə olunub. Edam prosesinə başlanmasından təxminən 20 dəqiqə sonra komanda üzvləri öz aralarında məhbusun damarının yırtılması ehtimalını müzakirə ediblər.

Hesabatda qeyd olunur ki, komandanın damar tapmaq cəhdləri saat 18:35-dən 19:24-dək davam edib. Bu zaman komanda üzvlərindən birinin “Ya qandır, ya da damar cırılıb, bunu bilməliyəm” dediyi iddia olunur.

Payk 10 gün xəstəxanada qaldıqdan sonra yenidən həbsxanaya qaytarılıb. Onun danışa və yeriyə bildiyi bildirilsə də, uzunmüddətli sağlamlıq vəziyyətinin necə olacağı hələ məlum deyil.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ