Karni: Türkiyə NATO-nun həyati əhəmiyyətli tərəfdaşıdır


Kanadanın Baş naziri Mark Karni Türkiyəni NATO-nun "həyati tərəfdaşı" adlandıraraq, iki ölkə arasında ticarət əməkdaşlığını dərinləşdirmək üçün "böyük" imkanların olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Karni Ontario ştatının Von şəhərində keçirilən mətbuat konfransında Türkiyə-Kanada münasibətləri ilə bağlı açıqlamalar verib.
Türkiyənin NATO üçün əhəmiyyətini vurğulayan Karni bildirib ki, "Türkiyə NATO-nun həyati əhəmiyyətli tərəfdaşıdır, dünyanın çox vacib və bəzən çətin bir bölgəsində həyati əhəmiyyətli tərəfdaşdır".

Karni bildirib ki, "Türkiyə ilə ticarət əlaqələrimizi dərinləşdirmək üçün bir sıra imkanlarımız var. Mən bu müzakirələri Prezident Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkda başlatmışam. Müdafiə və nüvə əməkdaşlığı kimi məsələləri də əhatə edə biləcək bu müzakirələri davam etdirməyi planlaşdırırıq".

Karni imkanları "böyük" adlandıraraq qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq müdafiə və nüvə sahələri də daxil olmaqla "çox geniş sahələri" əhatə edir.

Karni həmçinin Türkiyə ilə Kanada arasında iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib ki, "Türkiyə qlobal istehsal sektorunda, o cümlədən qabaqcıl istehsalda liderlərdən biridir və şübhəsiz ki, əməkdaşlıq edə biləcəyimiz sahələr var".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ