ABŞ və Ukrayna Donbasda neytral ölkələrdən ibarət sülhməramlı kontingentin yerləşdirilməsini müzakirə edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) nəşri məlumat yayıb.
“Vaşinqton hesab edir ki, Ukrayna üçün ABŞ-ın təhlükəsizlik zəmanətləri “Könüllülər koalisiyası”nın zəmanətlərindən daha əhəmiyyətlidir. Bildirilir ki, sözügedən birliyin bir neçə helikopteri, hərbçisi var. Ukraynalılar əslində ABŞ-ın təhlükəsizlik zəmanətlərinin əhəmiyyət kəsb etdiyini düşünürlər”, – deyə qeyd olunub.
Məlumata görə, qoşunların yerləşdirilməsi məsələsi Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçirilən üçtərəfli məsləhətləşmələrdə müzakirə edilib./Globalinfo.az