Zelenskinin taleyi ilə bağlı bədbin proqnoz


Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi arenadan uzaqlaşdırılmasının qaçılmaz olduğu iddia edilir.

Turkustan.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artem Dmitriytruk ABŞ Prezidenti Donald Trampın Davosda səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

Dmitriytruk Teleqram kanalında yazıb ki, Zelenski “tətikləyici fiqur” kimi istifadə olunur və onun taleyi artıq çoxdan həll edilməli idi. Deputatın sözlərinə görə, Ukrayna lideri gələcəkdə Trampın güclü siyasi təzyiqi və mümkün məhkəmə prosesi ilə üzləşə bilər.

“Bu proses istədiyimiz qədər tez baş verməyə bilər, lakin hesab edirəm ki, bu, qaçılmazdır”, – deyə Dmitriytruk vurğulayıb.

Bundan əvvəl “Politico” qəzeti mənbələrə istinadən yazıb ki, Zelenski Davos İqtisadi Forumu çərçivəsində Donald Trampla şəxsi görüş keçirməyə çalışsa da, Ağ Ev bu görüşdə maraqlı olmayıb. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ