Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib. İlkin məlumatlara görə, çoxsaylı ölən və yaralanan var.
Turkustan.az xəbər verir ki, Tolo News ABŞ-da yerləşən X şirkətinin sosial media hesabındakı paylaşıma istinadən, Kabilin Şəhr-e-Naw bölgəsində baş verən partlayışda çoxsaylı ölüm və yaralanma ilə bağlı narahatlıqların olduğunu bildirdi.
Partlayışın səbəbi hələlik məlum deyil və hakimiyyət orqanları hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Talibanın Daxili İşlər Nazirliyi də Kabilin Şəhr-e-Naw rayonunda baş verən partlayışda çoxlu sayda insanın öldüyünü bildirib.
Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qani bildirib ki, "İlkin məlumatlara görə, çoxlu sayda ölü və yaralı var".
Şəhr-e-Nav əcnəbilərin yaşadığı bir ərazidir və Kabilin ən təhlükəsiz bölgələrindən biri hesab olunur.
Aytən Yaşar/ Turkustan.az