Bu şəxslərin məcburi köçkünlük statusu ləğv edilir


Bu il Qarabağ və Şərqi Zəngəzura köç edən və 3 il müddətinə burada məskunlaşan şəxslərin məcburi köçkünlük statusu və aylıq sosial müavinəti ləğv edilir.

Turkustan.az xəbər verir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tətbiq edilən güzəşt və imtiyazlar qanunvericiliklə müəyyən edilmiş müddət ərzində qüvvədə qalır. Qanuna uyğun olaraq, məcburi köçkünlər üçün nəzərdə tutulan sosial müdafiə tədbirləri onların əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şərait yarandığı tarixdən etibarən üç il müddətində tətbiq olunur.

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşların məcburi köçkün statusu və onlara verilən aylıq sosial ödənişlər həmin üçillik müddət başa çatdıqdan sonra, qanunvericiliyin tələblərinə uyğun olaraq, dayandırılır.

Qeyd edək ki, artıq azad olunmuş ərazilərdə 3 ildən çoxdur ki, yaşayan və məcburi köçkünlük statusu ləğv edilən şəxslər sırasına Füzuli şəhəri, Ağalı, Zabux, Sus, Talış kəndlərinə köç edən məcburi köçkünlər daxildir.

Xatırladaq ki, "Böyük Qayıdış" layihəsi çərçivəsində ilk köç Zəngilan rayonunun Ağalı kəndinə həyata keçirilmişdi. 2022-cü il iyulun 19-da kəndə 41 ailə köçürülüb. /modern.az


MANŞET XƏBƏRLƏRİ