ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) İranda iqtisadi problemlər fonunda baş verən etirazlar zamanı ölənlərin sayının 3 919 nəfərə çatdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, HRANA-nın yaydığı məlumata görə, ölkənin müxtəlif bölgələrində keçirilən etiraz aksiyalarının zorakılıqla dağıdılması nəticəsində 24 669 nəfər saxlanılıb. Bildirilir ki, saxlanılanlar arasında qadınlar və azyaşlılar da var. İnsan haqları təşkilatları təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı sərt müdaxiləsini tənqid edir və beynəlxalq ictimaiyyəti İranda baş verənlərə diqqət yetirməyə çağırır.
Aytən Yaşar/ Turkustan.az