Döyüşlər davam edir: Suriya ordusu itkilər verdi


Suriya ordusu Rakka bölgəsində Suriya Demokratik Qüvvələri (SDQ) ilə döyüşlərdə itki verib.

Turkustan.az xəbər verir ki, bu barədə “Əl Cəzirə“ kanalı məlumat yayıb.

Bildirilib ki, Suriya ordusunun 3 hərbçisi həlak olub, 2 nəfər isə yaralanıb.

SDQ Rakka ətrafında Suriya ordusu ilə döyüşlərin davam etdiyini və bu toqquşmaların İŞİD terrorçularının saxlanıldığı həbsxanaya yaxın yerdə baş verdiyini bildirib.

Qeyd edək ki, ötən gün Suriya ordusu və SDQ arasında atəşkəs razılaşması əldə edilib. Razılaşmaya əsasən, SDQ Suriya ordusuna inteqrasiya edilməlidir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ