Starmer: Məqsədimiz ABŞ-a qarşı qisas almaq deyil


Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirib ki, Qrenlandiya məsələsində Danimarkanın yanında olduqlarını dəstəkləyirlər.

Turkustan.az xəbər verir ki, Starmer dünən axşam 10 Dauninq küçəsində Qrenlandiya ilə bağlı Avropa liderləri, NATO baş katibi Mark Rutte və ABŞ prezidenti Donald Trampla telefon danışıqlarını şərh edib.

Starmer Böyük Britaniya ilə ABŞ arasındakı münasibətlərin vacibliyini vurğulayaraq, ortaq dəyərlərə sadiq olduqlarını və təhlükəsizlikdən rifaha qədər əməkdaşlığın təsirini gördüklərini qeyd edib. O, Qrenlandiya ilə bağlı məsələlərin müttəfiqlərlə sakitcə müzakirə olunmasının doğru yol olduğunu bildirib və regionun təhlükəsizliyinin vacib olduğunu vurğulayıb.

Həmçinin Starmer iqlim dəyişikliyinin Arktikada yeni ticarət yolları yaratdığını və bölgədə investisiya və əməkdaşlığın gücləndirilməsinə ehtiyac olduğunu qeyd edib. O, Qrenlandiyanın gələcəyi ilə bağlı qərarın yalnız Qrenlandiya xalqına və Danimarka Krallığına aid olduğunu əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ