Küncə sıxışan terrorçu liderdən ABŞ və İsrailə çağırış: "Hücuma keçin"


PKK/YPG/SDG terror təşkilatının lideri Sipan Hamo, Suriya ordusunun Fərat çayının qərb və şərq hissəsində irəliləməsi ilə bağlı Britaniyanın Reuters agentliyinə açıqlama verib.

Turkustan.az xəbər verir ki, Hamo İran və Rusiyadan dəstək almadıqlarını, eləcə də ayrı bir dövlət qurmaq niyyətlərinin olmadığını bildirib. O, İsraildən “Suriyadakı kürdlər adından” Suriya ordusuna qarşı hava hücumları həyata keçirməsini tələb edib.

Hamo ABŞ-ın uzun müddətdir kürd qüvvələrinə dəstək verdiyini, lakin Vaşinqtonun bu mövqeyi Prezident Əhməd Şaranın rəhbərlik etdiyi Suriya hökumətinə verdiyi dəstəklə balanslaşdırdığını qeyd edib. O, kürdlərin narahatlıqlarının nəzərə alınmalı olduğunu vurğulayaraq, mövcud şəraitdə onları qoruya biləcək yeganə aktorun ABŞ olduğunu iddia edib.

Hamo həmçinin ABŞ və digər Qərb ölkələrini Suriyadakı proseslərə görə məsuliyyət daşımaqda ittiham edib və İsraili bölgədə güclü təsirə malik dövlət kimi dəyərləndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ