ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ-a məxsus olduğunu vurğulayaraq Norveç Baş naziri Jonas Gar Store-a məktub göndərib.
Turkustan.az xəbər verir ki, məktubda Tramp bildirib: "Cənab Jonas, ölkəniz mənə 8 müharibəni dayandırdığım üçün Nobel Sülh Mükafatını verməmək qərarına gəldiyini nəzərə alaraq, artıq yalnız sülh haqqında düşünməyə məcbur deyiləm; indi Amerika Birləşmiş Ştatları üçün nəyin yaxşı və doğru olduğunu düşünə bilirəm".
Qrenlandiya ilə bağlı Avropa ilə artan gərginlik fonunda Tramp məktubunda artıq "yalnız sülh haqqında düşünməli" olmadığını vurğulayıb.
PBS News-un məlumatına görə, məktub daha sonra Milli Təhlükəsizlik Şurasının rəsmiləri tərəfindən Vaşinqtondakı bir neçə Avropa səfirinə paylanıb.
Aytən Yaşar/ Turkustan.az