Suriya ordusunun Fərat çayının qərbində YPG/SDG terror təşkilatı tərəfindən işğal edilmiş ərazilərə qarşı apardığı əməliyyat 44 saatdan sonra razılaşma ilə başa çatıb.
Turkustan.az xəbər verir ki, "Yeni Suriya"ya aparan prosesin təməli terror təşkilatının Hələbdəki mülki yaşayış məntəqələrinə hücumları ilə qoyuldu.
Suriya ordusunun 8 yanvarda başlatdığı və təxminən iki gün davam edən əməliyyatdan sonra, terror təşkilatının Hələbdəki mülki yaşayış məntəqələrinə hücumlarına cavab olaraq, Hələbin Əşrəfiyyə və Şeyx Məqsud məhəllələri üzərində nəzarət ələ keçirildi.
Aytən Yaşar/ Turkustan.az