Rusiya Prezidenti Vladimir Putin Qəzza zolağı üzrə beynəlxalq “Sülh Şurası”na qoşulmaq üçün dəvət alıb.
Turkustan.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Peskov Putini ABŞ Prezidenti Donald Trampın dəvət etdiyini bildirib.
“Həqiqətən, Prezident Putin də diplomatik kanallar vasitəsilə bu “Sülh Şurasına” qoşulmaq təklifi alıb. Hazırda biz bu təklifin bütün detallarını öyrənirik” – Kreml rəsmisi qeyd edib. /globalinfo.az