Suriyada atəşkəs elan edildi


Suriya hökuməti ilə YPG/SDG terror təşkilatı arasında təşkilatın orduya tam inteqrasiyası və hərtərəfli atəşkəslə bağlı razılaşma imzalanıb.

Turkustan.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Suriya prezidenti Əhməd Şara YPG/SDG terror təşkilatı ilə atəşkəs və təşkilatın tam inteqrasiyasını əhatə edən bir razılaşma imzalayıb.

Razılaşmaya əsasən, Suriya hökumət qüvvələri ilə YPG/SDG arasında bütün cəbhələrdə və təmas xətlərində hərtərəfli və dərhal atəşkəs elan ediləcək; təşkilatın bütün üzvləri Fəratın şərqinə çəkiləcək; Deyr əz-Zor və Rakka əyalətləri dərhal və tamamilə inzibati və hərbi cəhətdən Suriya hökumətinə təhvil veriləcək; təşkilatın işğalı altında olan Haseke əyalətindəki bütün mülki qurumlar Suriyanın dövlət qurumlarına və inzibati strukturlarına inteqrasiya olunacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ