Rusiyada fəaliyyət göstərən Canpack və Rockwool şirkətlərinin aktivlərini idarə etmək üçün administratorlar təyin edilib.
Turkustan.az xəbər verir ki, fərmana əsasən, Polşada yerləşən Canpack və Danimarkada yerləşən Rockwool şirkətlərinin Rusiya aktivləri müvəqqəti olaraq yerli şirkətlərin idarəçiliyinə veriləcək. Bildirilib ki, bu müddət ərzində bu şirkətlərin fəaliyyəti qəyyumlar vasitəsilə davam etdiriləcək.
Rusiyada əvvəllər Danone, Carlsberg və Fortum kimi Qərb şirkətlərinin aktivlərini idarə etmək üçün təyin olunmuş rəhbərlər olub.
Rusiya rəsmiləri iddia edirlər ki, bu qərarlar Qərb ölkələrinin Rusiya aktivlərinə qarşı "aqressiv və düşmən" münasibətinə cavabdır.
Aytən Yaşar/ Turkustan.az