Maduronun həyat yoldaşını ABŞ-a aparmırmışlar: Bu sözləri deyəndən sonra...


Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores oğurlanan zaman yaralanıblar.

Turkustan.az xəbər verir ki, bu barədə Kolumbiya Daxili İşlər Naziri Diosdado Kabello bildirib.

O, “Telesur” televiziya kanalında bildirib ki, "Silviya başından və bədənindən güllə yarası alıb, Maduro isə ayağından yaralanıb".

Daxili İşlər Naziri həmçinin iddia edir ki, Amerika hərbçiləri əvvəlcə prezidentin həyat yoldaşını təxliyə etməyi planlaşdırmayıblar. Onun sözlərinə görə, Cilia Flores əri ilə birlikdə təxliyə olunmaqda israr edib.

" Maduronu aparanda Siliyanı aparmayacaqdılar. O isə onlara deyib ki, "əgər ərimi aparırsınızsa, məni də aparmalısınız".

3 yanvarda ABŞ Venesuelaya kütləvi hücuma keçərək prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi həbs edərək Nyu-Yorka aparıb./publika.az


MANŞET XƏBƏRLƏRİ