İranda rejimə qarşı etirazlar artıq 9-cu gününə qədəm qoyub.
Turkustan.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, ölkənin bir çox şəhərində kütləvi aksiyalar davam edir, bəzi bölgələrdə etirazçılarla polis arasında toqquşmalar qeydə alınıb.
İsfahan şəhərində isə dünən diqqətçəkən hadisə baş verib. Məlumata görə, hicablı qadınlar da etirazlara qoşulublar. Təhlükəsizlik qüvvələri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. /bakupost.az/