ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin 3 yanvar gecəsi ABŞ əməliyyatı zamanı qaçırılaraq məhkəmə qarşısına çıxarılmaq üçün Nyu-Yorka gətirilməsindən sonra NBC News-a danışıb.
Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Tramp NBC News-a verdiyi müsahibədə ölkədə növbəti 30 gün ərzində yeni seçkilərin keçirilməyəcəyini bildirib və bununla da Vaşinqtonun Venesuelada daha uzunmüddətli əməkdaşlıq etməyə hazırlaşdığını açıqlayıb.
"Əvvəlcə ölkəni düzəltməliyik. Seçkilər keçirilə bilməz. İnsanların səs verməsi mümkün deyil", - deyə, Tramp növbəti ay ərzində seçki məntəqələrinə getmək ehtimalını rədd edərək bildirib. "Xeyr, bu, vaxt aparacaq. Ölkəni sağlam vəziyyətə qaytarmalıyıq", - deyə o əlavə edib.
Aytən Yaşar/ Turkustan.az