Çin bu ərazini mühasirəyə alaraq təlimlərə başladı


Çin suverenlik mübahisəsi olan Tayvanı mühasirəyə alaraq hərbi təlimlərə başladığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tayvanı əhatə edən bölgəyə cavabdeh olan Xalq Azadlıq Ordusunun (XAO) Şərq Cəbhəsi Komandanlığının sözçüsü polkovnik Şi Yi bildirib ki, "Ədalət Missiyası 2025" kod adı verilən təlim Tayvan boğazının şimal, cənub-qərb, cənub-şərq və şərq bölgələrində keçirilib.

Mətbuat katibi Şi bildirib ki, komandanlıq altındakı quru, hava, dəniz və raket qüvvələri bölmələrinin iştirak etdiyi təlimdə hava-dəniz döyüş hazırlığı patrullarına, birlikdə hərtərəfli üstünlüyə nail olmağa, əsas limanları və əraziləri blokadaya almağa və ada zəncirindən kənar müdaxilələrə qarşı tam miqyaslı çəkindirməyə diqqət yetirilib.

Şı, esminetslər, freqatlar, qırıcı təyyarələr, bombardmançı təyyarələr və pilotsuz uçuş aparatlarının iştirak etdiyi təlimdə uzun mənzilli raket atışlarının da yer aldığını bildirdi və təlimin quru hədəflərinə hücumların və dəniz hədəflərinə real sursatla hücumların simulyasiyasını əhatə etdiyini qeyd etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ