Kremlin sözçüsü Dmitri Peskov Ukrayna böhranının həlli ilə bağlı ABŞ ilə aparılan danışıqların nəticələrini təhlil etdiklərini bildirib.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.
Peskov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ rəsmiləri ilə görüşüb və Putinə görüşün nəticələri barədə məlumat verildiyini bildirib.
Peskov bildirib ki, "Bu məlumat təhlil edilib. Putinin göstərişlərinə əsasən, Rusiya və Amerika administrasiyalarının nümayəndələri arasında əlaqə qurulub. Telefon danışığı zamanı Rusiya tərəfini (Kremlin xarici siyasət üzrə müşaviri Yuri) Uşakov, Ağ Evi isə bir neçə nəfər təmsil edib. Onlar dialoqu davam etdirmək barədə razılığa gəliblər".
Aytən Yaşar/ Turkustan.az