ABŞ Ədliyyə Nazirliyi Epşteyn istintaqı ilə bağlı 30.000 yeni fayl yayımlayıb, lakin bəzi faylların hələ də açıqlanmaması ilə bağlı ictimai etirazlar davam edir.
Turkustan.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi yetkinlik yaşına çatmayan qızlara cinsi istismar etməkdə və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan və həbsxanada ölən milyarder Ceffri Epşteynin istintaqı ilə bağlı 30.000 yeni fayl yayımlayıb. Bəzi sənədlərin hələ də açıqlanmaması ictimaiyyətin qəzəbinə səbəb olub.
ABŞ-da Epşteynin bütün sənədlərinin qanunla müəyyən edilmiş tarixə qədər açıqlanmaması ilə bağlı ictimai reaksiya davam etdiyindən, Ədliyyə Nazirliyi yeni sənədləri paylaşıb.
Nazirlik ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında yayımlanan açıqlamada Epşteyn istintaqı ilə bağlı 30.000 yeni sənədin ictimaiyyətə açıqlandığını bildirib.
Aytən Yaşar/ Turkustan.az