Yaponiya rəsmisi: Biz nüvə silahına sahib olmalıyıq


Yaponiya Baş naziri Takaiçi Sanaenin təhlükəsizlik siyasəti qrupunun rəsmisi ölkənin nüvə silahına sahib olmalı olduğunu iddia edib.

Turkustan.az xəbər verir ki, Kyodo xəbər agentliyinin məlumatına görə, adı açıqlanmayan bir yapon rəsmisi Tokionun uzun müddətdir davam edən nüvə əleyhinə mövqeyinin dəyişdirilməli olduğunu bildirib.

Yaponiya rəsmisinin nüvə silahları ilə bağlı açıqlaması, təhlükəsizlik yönümlü siyasəti ilə tanınan Takaiçinin Yaponiyanın nüvə silahlarına sahib olmağı, istehsalını və idxalını qadağan edən "Üç Nüvə Prinsipini" yenidən nəzərdən keçirməyi düşündüyü bir vaxta təsadüf edir.

Takaiçi hökumətinin təhlükəsizlik siyasətini formalaşdıran komandanın üzvü olan rəsmi şəxs dedi: "Düşünürəm ki, nüvə silahımız olmalıdır. Nəticədə, yalnız özümüzə güvənə bilərik."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ