Gənc şairə Nərgiz Nasirlə imza günü və oxucu görüşü təşkil olunub


Gənc şairə Nərgiz Nasirlə imza günü və oxucu görüşü təşkil olunub. Tədbirdə Bakı Biznes Universitetinin ədəbiyyatsevər tələbələri iştirak ediblər.

Görüş zamanı şairə öz yaradıcılıq yolundan, poeziyaya baxışından, şeirlərinin mövzu və ideya qaynaqlarından danışıb. Tələbələr tərəfindən ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb, ədəbiyyatın gənclərin dünyagörüşünün formalaşmasındakı rolu müzakirə olunub.

Görüşdə həmçinin Universitetin müəllimi İlahə Ümidli çıxış edərək bu tip maarifləndirici və mədəni tədbirlərin tələbələrin intellektual inkişafında mühüm rol oynadığını vurğulayıb və iştirakçılara təşəkkür edib.

Tədbirin sonunda Nərgiz Nasir oxucular üçün kitablarını imzalayıb, müəlliflə birgə xatirə şəkilləri çəkdirilib. Görüş qarşılıqlı səmimi ünsiyyət və canlı müzakirələrlə yadda qalıb.

No description available.

No description available.

No description available.


MANŞET XƏBƏRLƏRİ