Delaver Ali Məhkəməsi Tesla şirkətinin baş direktoru İlon Maskın 2018-ci il üçün nəzərdə tutulan əmək haqqı paketinin ləğvi ilə bağlı aşağı instansiya məhkəməsinin qərarını ləğv edib.
Turkustan.az xəbər verir ki, Ali Məhkəmə Elon Maskın apellyasiya şikayəti əsasında işi yenidən nəzərdən keçirərək qərarını açıqlayıb. Qərara əsasən, aşağı məhkəmənin Maskın əmək haqqı paketini ləğv etməsi düzgün hesab edilməyib və həmin qərar qüvvədən düşmüş sayılıb. Eyni zamanda, iş üzrə simvolik olaraq 1 dollar məbləğində təzminat ödənilməsinə qərar verilib.
Məhkəmə qərarında vurğulanıb ki, əmək haqqı paketinin tam ləğvi “həddindən artıq” tədbirdir və bu cür addımlar yalnız “açıq-aşkar zəruri” hallarda atılmalıdır.
Aytən Yaşar/ Turkustan.az