Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edən Sumqayıt şəhər sakini Bəhlul Zülfüqar oğlu Abbasov itkin düşüb.
Turkustan.az xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov Feysbuk hesabında paylaşım edib.
“B.Abbasovun sonuncu dəfə Çasov Yar yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə iştirak etdiyi haqqında məlumat var”, - hərbi bloger əlavə edib./axar.az