Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşa mətbuatına müsahibəsində Rusiya lideri Vladimir Putinlə bağlı sözləri maraqla qarşılanıb.
Turkustan.az xəbər verir ki, Zelenski ötən gün Putinin keçirdiyi böyük mətbuat konfransında suallara cavab verən şəxsin əslində onun oxşarı olduğunu iddia edib.
“Çox sayda Putin var. Hazırda üçü görünür. Biri amerikalılarla danışıqlar aparır, biri mətbuat konfransı keçirir, o biri də nə iləsə məşğuldur”, – Zelenski bildirib.
Ukrayna lideri Putinin ötən gün verdiyi açıqlamalarda bəzi sözlərinə diqqət çəkib:
“Rusiya prezidenti deyir ki, müvəqqəti işğal olunmuş ərazilərdə yaşayan ukraynalılar Ukraynadakı prezident seçkilərində iştirak etməlidirlər. Yəni o, Rusiyanın nəzarətində olan əraziləri “işğal olunmuş bölgə” adlandırır”./Globalinfo.az