Mossad rəisi: İranla yeni nüvə razılaşmasına icazə verməyəcəyik


İsrail Mossad rəhbəri David Barnea İranın "dünyanı aldatmağa" və yeni nüvə sazişi imzalamağa çalışdığını iddia etdi, lakin onlar buna imkan verməyəcəklər.

Turkustan.az xəbər verir ki, İsrail Baş naziri Binyamin Netanyahunun Ofisindən verilən açıqlamaya görə, Mossad rəhbəri Barnea agentliyin işçilərini şərəfləndirmək üçün təşkil etdiyi mərasimdə çıxış edib.

Barnea bildirib ki, "İran dünyanı bir daha aldada və daha bir pis nüvə sazişi bağlaya biləcəyini düşünür; biz buna icazə verməyəcəyik".

Barnea, İranın "İsraili məhv etmək ambisiyasından əl çəkmədiyini" iddia edərək, "Bayrağına İsrailin məhv edilməsi həkk olunmuş, dünyanı nüvə silahı hazırlamaqla aldadan və uranı yalnız hərbi nüvə imkanlarına sahib olmaq istəyi ilə izah edilə biləcək səviyyəyə qədər zənginləşdirən bir dövlət, ilk fürsətdə düşmənin müdafiəsini dəf edəcək bir dövlətdir" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ