ABŞ prezidenti Donald Tramp iddia edib ki, ictimaiyyət "200 ildir ki, Vaşinqtonda Linkoln Memorialının yaxınlığında böyük bir tağın tikilməsini istəyir".
Turkustan.az xəbər verir ki, yanvarın 31-də, Air Force One təyyarəsi ilə Floridaya səyahət edərkən Tramp jurnalistlərə bildirib ki, Vaşinqtondakı Linkoln Memorialının yaxınlığında tağ tikmək üçün ilk tələb təxminən 200 il əvvəl irəli sürülüb.
Tramp layihənin bir hissəsi olaraq dörd qartal heykəlinin ucaldıldığını bildirsə də, Vətəndaş müharibəsi səbəbindən təşəbbüsün yarımçıq qaldığını iddia edib.
Tramp oxşar tağların dünyanın 57 şəhərində mövcud olduğunu bildirərək, Vaşinqtonun bunlara sahib olmayan yeganə böyük şəhər olduğunu vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az