Türkiyə-Ermənistan sərhədi bu tarixdə açılacaq


Türkiyə parlamentinin erməniəsilli keçmiş üzvü Qaro Paylan Ermənistan-Türkiyə sərhədinin mart ayında açılacağını iddia edib.

Turkustan.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

“Mart ayında Türkiyə-Ermənistan sərhəd-keçid məntəqəsinin üçüncü ölkə vətəndaşları üçün açılması gözlənilir. Azərbaycan-Ermənistan sülh prosesinin dayanıqlılığı böyük ölçüdə gələcəkdə Türkiyənin atacağı addımlardan asılıdır”, - Paylan iddia edib.


MANŞET XƏBƏRLƏRİ