Ukraynanın Zaporojye bölgəsində dünən gecə Xortıtski rayonuna PUA hücumu nəticəsində yaralananların sayı yenidən artıb.
Turkustan.az xəbər verir ki, daha bir yeniyetmə tibbi yardım üçün müraciət edib.
Bu barədə jurnalistlərə OVA mətbuat xidmətindən məlumat verilib.
OVA-nın məlumatına görə, "Artıq 13 qurban var. Bu gün başqa bir nəfər həkimlərdən kömək istəyib. Bu, hazırda ambulator müalicə alan 16 yaşlı oğlandır".
Aytən Yaşar/ Turkustan.az