Şara ABŞ-ın Suriya üzrə xüsusi elçisi Barrakı qəbul edib


Suriya Prezidenti Əhməd Şara ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakla görüşüb.

Turkustan.az xəbər verir ki, Suriya dövlət televiziya kanalı Əl-İxbariyyə bildirib ki, prezident Şara paytaxt Dəməşqdəki Xalq Sarayında Barakın rəhbərlik etdiyi ABŞ nümayəndə heyətini qəbul edib.
Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani də bölgədəki son hadisələr və ortaq əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu görüşdə iştirak edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ