"Kim deyirsə ki, qızıma partiyanı cehiz vermişəm..." - Fəzail Ağamalı


Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Günay Ağamalı Ana Vətən Partiyasının yeni sədri seçilib. Bu barədə partiyanın sabiq sədri, keçmiş deputat Fəzail Ağamalı məlumat verib.

Qeyd edək ki, sədr seçkisi ilkin mərhələdə müəyyən mübahisələr və qalmaqallarla müşayiət olunsa da, proses sonda Günay Ağamalının qələbəsi ilə yekunlaşıb.

Turkustan.az Demokrat.az-a istinadla xəbər verir ki, bəzi iddialara görə, Fəzail Ağamalı partiya rəhbərliyini qızına "cehiz” kimi verib. Bununla bağlı sayt partiyanın sabiq sədri, keçmiş deputat Fəzail Ağamalı ilə əlaqə saxlayıb.

O, açıqlamasında bildirib ki, Ana Vətən Partiyasında 130 nəfər Günay Ağamalıya səs verərək onu sədr seçib:

"Kim deyirsə ki, qızıma partiyanı cehiz vermişəm, bu, doğru deyil. Bu fikirlər 130 nəfərin verdiyi səsi heçə saymaq, həmin insanlara hörmətsizlik etmək deməkdir. Bu, onların mövqeyini alçaltmaqdır. Bu məsələ məni çox əsəbləşdirir. Bu siyasət deyil, dedi-qodudur. Bu iddiaları ortaya atanlar bunu boş-bekarlıqdan edirlər”.


MANŞET XƏBƏRLƏRİ