Şənbə gecəsi Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Saratov şəhərinə hücumu nəticəsində iki nəfər ölüb.
Turkustan.az bildirir ki, bu barədə Saratov vilayətinin qubernatoru Roman Busargin məlumat verib.
Onun sözlərinə görə, hücum zamanı çoxmənzilli yaşayış binasına ziyan dəyib, uşaq bağçası və poliklinikanın pəncərələri sındırılıb.
Rusiya Müdafiə Nazirliyi isə Saratov vilayətinin ərazisi üzərində ümumilikdə 28 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.
Kursk vilayətində isə dron avtomobili hədəfə alıb. Regionun rəhbəri Aleksandr Xinşteynin bildirdiyinə görə, 39 yaşlı kişi minapartlayış travması və qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib.
Voronej vilayətində də PUA hücumunun nəticələri qeydə alınıb. Qubernator Aleksandr Qusevin məlumatına görə, sənaye müəssisələrindən birində pilotsuz aparatın qalıqlarının düşməsi nəticəsində qüllə kranı zədələnib, köməkçi avadanlıqlara dəyən zərər səbəbindən sexlərdən birinin fəaliyyəti müvəqqəti dayandırılıb. Hazırda bərpa işləri aparılır. Qusev bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl Voronej vilayəti üzərində şənbə gecəsi dörd pilotsuz uçuş aparatının vurulduğunu da açıqlamışdı. /AzPolitika.info/