Avropa Birliyinin (AB) Müdafiə və Kosmik Komissarı Andrius Kubilius bildirib ki, Rusiya 3-4 il ərzində Aİ ölkələrini real münaqişədə sınaqdan keçirməyə hazır ola bilər.
Turkustan.az xəbər verir ki, danışıqlar üçün Romada olan və dünən İtaliyanın müdafiə naziri Guido Crosetto ilə də görüşən Kubilius ölkənin aparıcı qəzetlərindən biri olan La Stampa-ya müsahibə verib.
ABŞ-ın Avropanı "tərk etməklə hədələməsi" nəzərə alınmaqla, AB-nin Rusiya ilə təkbaşına mübarizə apara biləcəyi sualına Kubilius belə cavab verdi: "Bu, bu günün deyil, gələcəyin problemidir. Rusiya iqtisadiyyatı müharibə iqtisadiyyatına çevrilib. Buna görə də özümüzü gücləndirməliyik".
Bu məsələ ilə bağlı aydın bir yol xəritəsi olduğunu bildirən Kubilius dedi: "Biz iki çətinliklə qarşılaşırıq. Biri potensial Rusiya təcavüzü təhlükəsidir. Kəşfiyyat xidmətlərimiz açıq şəkildə bildirir: Növbəti 3 və ya 4 ildə Rusiya bizi real münaqişədə sınamağa hazır ola bilər. İkinci çətinlik amerikalılardan gəlir. Onlar istəyirlər ki, bizdən Avropa müdafiəsi üçün daha çox məsuliyyət götürək, çünki onlar Hind-Sakit Okeana resurs ayırmalıdırlar".
Aytən Yaşar/ Turkustan.az