İran: Silahlı qüvvələrimiz müasir texnologiyalarla güclənib


İran Ordusu Quru Qoşunları Komandanı, briqada generalı Əli Cahanşahi bildirib ki, İran Silahlı Qüvvələri müasir texnologiya sahəsində müəyyən bir güc səviyyəsinə çatıb.

Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Cahanşahi Quru Qoşunlarının Cənub-Şərq Regional Qərargahının komandanının andiçmə mərasimində çıxış edib.

İran Ordusunun texnoloji cəhətdən inkişaf etmiş silahlara sahib olduğunu vurğulayan Cahanşahi dedi: “(İsraillə müharibədə) hərbi və texnoloji baxımdan, xüsusən də raketlər və PUA sahəsində əməliyyat müstəqilliyimiz var idi. Bu müstəqilliyi yerli istehsal texnologiyamız sayəsində əldə etdik. Silahlı qüvvələrimiz süni intellekt, kvant hesablamaları, pilotsuz uçuş aparatları (PUA) və lazerlər kimi müasir texnologiyalarda söz sahibi ola biləcəkləri bir güc səviyyəsinə çatıb”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ