İran Hörmüz boğazında bir tankeri "yanacaq qaçaqmalçılığı" ittihamı ilə ələ keçirdiyini və heyət üzvlərinin saxlanıldığını açıqladı.
Turkustan.az xəbər verir ki, Yarırəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, Hörmüzqan əyalətinin baş prokuroru Müctəba Qəhrəmani Hörmüzqan əyalətinin Cask şəhəri yaxınlığında 6 milyon litr qaçaqmal yanacaq daşıdığı aşkarlanan bir tankeri ələ keçirdiklərini açıqlayıb.
Kapitan və heyət də daxil olmaqla 18 nəfərin saxlanıldığını bildirən Kahramani, qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan tankerin "dayan" əmrinə tabe olmadığını və radarının söndürüldüyünü əlavə edib.
Qəhrəmani bildirib ki, tankerin yoxlanılması zamanı nə dənizçilik işləri, nə də daşınan yüklə bağlı heç bir sənəd tapmayıblar və çoxsaylı cinayət əməlləri aşkar ediblər.
Qəhrəmani tankerin heyətinin Hindistan, Şri-Lanka və Banqladeşdən olduğunu bildirsə də, tankerin mənşə ölkəsi barədə məlumat verməyib.
Aytən Yaşar/ Turkustan.az