Fransa: Ukrayna Donbasda silahsızlaşdırılmış zona istəmir


Fransa hökuməti Ukraynanın Donbasda "hərbiləşdirilməmiş zona" yaratmağı düşünmədiyini bildirib.

Turkustan.az xəbər verir ki, Yelisey Sarayı Ukraynanın müharibəyə son qoymaq üçün ərazisi ilə bağlı razılığa gəldiyi iddialarını təkzib etdi.

Bəyanatda Donbasda "silahsızlaşdırılmış zona" yaradılması iddiasına toxunulub və deyilir: "Ukraynalılar ərazi ilə bağlı razılığa gəlməyiblər, bu gün də ərazi ilə bağlı razılaşmanı nəzərdən keçirmirlər və silahsızlaşdırılmış zonanı da nəzərdən keçirmirlər".

Təhlükəsizlik zəmanətləri məsələsinin bu həftə Fransa, Böyük Britaniya, Almaniya və Ukrayna liderlərinin Londonda keçirilən görüşündə müzakirə olunduğu bildirilən bəyanatda "ərazi məsələləri ilə bağlı hər hansı bir həll yolu nəzərdən keçirilməzdən əvvəl Amerika və Avropa təhlükəsizlik zəmanətləri ilə bağlı tam aydınlıq olmalıdır" kimi qiymətləndirmə paylaşılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ