Tramp ABŞ vətəndaşlığını satışa çıxarır: O, 1 milyon dollar istəyir


ABŞ Prezidenti Donald Tramp ən azı 1 milyon dollar ödəyə bilən varlı əcnəbilərə sürətləndirilmiş viza və vətəndaşlıq imkanları təqdim edən yeni “Qızıl Kart” proqramını rəsmən istifadəyə verib.

Turkustan.az xəbər verir ki, Proqram həm ölkə daxilində, həm də dünya səviyyəsində ciddi müzakirələrə səbəb olub.

Trampın sosial mediada elan etdiyi cədvələ əsasən:

1 milyon dollar ödəyən əcnəbi vətəndaşlar ABŞ-a əhəmiyyətli töhfə verəcəklərini sübut edə bilsələr, sürətli yaşayış və vətəndaşlıq prosesinə daxil ola bilərlər.

Şirkətlər sponsorluq etdiyi işçilər üçün 2 milyon dollar ödəməlidir.

Platinum Card adlanan ən yüksək səviyyəli versiya 5 milyon dollara təklif olunacaq və xüsusi vergi üstünlükləri daxildir.

Müraciət etməzdən əvvəl 15.000 ABŞ dolları məbləğində geri qaytarılmayan emal haqqı tələb olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ